123ArticleOnline Logo
Welcome to 123ArticleOnline.com!
ALL >> Entertainment >> View Article

Azərbaycan Xəbərləri

Profile Picture
By Author: Azərbaycan xəbərləri
Total Articles: 2
Comment this article
Facebook ShareTwitter ShareGoogle+ ShareTwitter Share

Kişilər bürclərə inanmaya bilər. Amma onların xarakterini bürclərinə görə təyin edərək yataqda çılğına döndərmək mümkündür. Uğur qazanan qadın görəndə başlarını itirirlər.


Qoç bürcünün kişiləri karyerasında uğur qazanmış qadınlar görəndə başını itirirlər. Gözlənilməz sürprizləri və yataqda çox ehtiraslı qadınları sevirlər. Aradabir cinsi münasibətləri yataq otağından kənara çıxarın . Ona təslim olmazdan əvvəl, sözün əsl mənasında, süründürməlisiniz. Sizin dərdinizdən dəli olmaq onların çox xoşuna gəlir. Daha sonra onu nə qədər sevdiyinizi və xoş sözlər deyin.

Buğa bürcünün kişiləri şəfqətli və qoruyucudur. Ailəsinin mükəmməl olmasını istəyirlər. Ailə, yuva onun üçün çox əhəmiyyətlidir. Yataqda olduğu kimi, evdə də hər şeyin yaxşı və qaydasında olmasını istəyirlər. Onun etimadını qazanmaq üçün öz evinizə dəvət edin və nə qədər sakit, səliqəli evdə yaşadığınızı ona göstərin. Evdəki səliqə-sahmanı görəndən sonra onun axtardığı insan olduğunuzu ...
... anlayacaq. Bundan başqa, cinsi münasibətləri yalnız yataq otağında yaşamayın. Gün ərzində onu qucaqlayın və erotik mesajlar atın. Ona şəhvani hisslər ötürün

Kişi əkizlər üçün qadınlar çox seksual məxluqlardır. Əkizlər hər mənada rəqabət apara biləcəkləri qadın arzulayırlar. Onun zarafatlarına gülən xanımları çox bəyənirlər. İşdə ondan daha böyük uğur qazanan qadınlar əkizləri məmnun edir. Ona təsir etmək istəyirsinizsə, şəhvani hisslər ötürməlisiniz. Ona çox müvəffəqiyyətli və güclü olduğunu sübut edən qadınları əkizlər heç zaman tərk etmirlər. Onu ehtiraslandıran alt paltarları geyin.

Xərçəng kişiləri evinə bağlı və çox romantik olurlar. Anası onun üçün ən müqəddəs varlıqdır. Bu səbəbdən də, ona hərdən ana şəfqəti və ana qayğısı ilə yanaşmalısınız. Mehriban və səmimi qadınlardan daha çox zövq alırlar. Bu qadınlar xərçəng bürclərinə özünü güvəndə hiss etməsinə kömək edir. Amma diqqət və qayğını lazım olduğundan artıq göstərməyin. Onu başdan çıxarmaq istəyirsinizsə, ağıllı qadın olmağınız kifayətdir. Planlı, dəqiq və təmiz olun. Yataqda ona iltifatlar edin və onu ehtiraslandıran alt paltarları geyinməkdən çəkinməyin. Şam işığında açılan romantik süfrə onları həyacanlandırır.

Şir bürcünün kişilərinə təsir etmək üçün eqosunu sığallayın. Qısqanclıq da onu təhrik etməyə kifayətdir. Ona nə qədər bağlı olduğunuzu göstərin və onu bölüşmək istəmədiyinizi söyləyin. Ehtirasını alovlandıran sürprizlər və şam işığında açılan romantik süfrə onları həyacanlandırır.

Qız bürcünün kişilərini isə çalışqan və ağıllı qadınlar başdan çıxarır. Onları bir çox problemi təkbaşına həll edən güclü xanımlar cəlb edir. Qız bürcünün kişiləri tərif eşitməyi çox sevirlər. Bu səbəbdən, ona davamlı olaraq gözəl sözlər söyləyin. Gördüyü hər işin uğurunu və onun tərəfindən sevildiyiniz üçün özünüzü şanslı hiss etdiyinizi ifadə edin. Qız bürcünün kişiləri sirli qadınları sevirlər. Çünki sirli hesab etdikləri qadınları təhlil etmək qız bürcləri üçün ən azı sevişmək qədər təhrikedicidir. Onları gözəl qoxularla başdan çıxarmaq olar .

Tərəzi bürcünün kişiləri ona heyran olmağınızı istəyirlər. Daim tərifləmək və ona tanrı kimi baxmaq Tərəzi bürclüləri məmnun edir. Anası haqqında nə düşündüyünüzdən asılı olmayaraq, həmişə yaxşı sözlər söyləyin. Onların anasına olan düşkünlüyü ən kiçik səhvizdə tərk olunmağınızla nəticələnə bilər. Tərəzi kişiləri bədənindən hər zaman təbii və gözəl qoxular gələn qadınları çox sevirlər. Yəni, onu başdan çıxarmaq üçün fərqli ətirlərdən istifadə edin. Onlarla hər şeyə hazır olmalısınız.

Əqrəb bürclü kişiləri hər zövqü və hər macəranı dadmağa hazır qadınlar cəlb edir. Yataqda çox yaradıcı olan əqrəb kişiləri qadınını da buna uyğun seçir. Sekslə məşğul olmağı ən az onun qədər sevməlisiniz. Ehtirası artıran krujevalı alt paltarları və seks oyuncaqları onu başdan çıxarır. Həmçinin, gündəlik həyatda da erotik mesaj və fotoşəkillər onların çox xoşuna gəlir. Baxımlı qadınları sevən əqrəb kişiləri üçün həmişə cəlbedici olmalısınız. Əks halda, sizdən tez bezəcək və başqa qadın "ovuna” çıxacaqlar. Sevişərkən cinsi arzulanızı onlara deməkdən utanmayın .

Oxatan bürcünün kişiləri də güclü qadınlarla maraqlanır. Özünə güvənən, uğurlu karyerası olan qadınlar görəndə ağlı başından çıxan Oxatan kişi açıqsözlülüyü sevir. Sizi incitdiyi, ya da səhv bir söz söylədiyi zaman bunu ona açıq-aydın deyin. O, müstəqil insan olduğunuzu və ona ehtiyacınız olmadığını bilməlidir. Ağıllı və ecazkar qadınlar Oxatan kişiləri başdan çıxarmağa bəs edir. Bundan başqa, yataqda nələrdən xoşu gəldiyini bilən qadınlar onları tam qane edir. Sevişərkən cinsi arzulanızı onlara deməkdən utanmayın. Yataqda sərhəd tanımayanları sevirlər .

Oğlaq bürcündən olanların gözünə girmək üçün şəfqətli ana, seksual və özündən əmin qadın olmalısınız. Ona arxa-dayaq olan qadınları çox bəyənirlər. Lakin yataqda sərhədləri olmayan qadın arzusunda olurlar.

Dolça bürcünün kişilərini bədəninizdən əvvəl, ağlınızla cəlb etməlisiniz. Onu davranışınızla cəlb edin. Müstəqilliyinə düşkün olan sutökən bürcləri bunu məhdudlaşdıran qadınlardan uzaq gəzirlər. Ona görə də, qısqanclığın sutökən bürcləri üçün dünyadakı ən lazımsız duyğulardan biri olması təəccüblü deyil. Onu itirmək istəmirsinizsə, əsla qısqanmayın. Yaradıcı olan Sutökənlər yataqda da yeni pozaları sınaqdan keçirməyi xoşlayır. Bu üzdən "Kama Sutra" mövqelərinə tez-tez müraciət edin. Bir az şəfqət, bir az da dəcəllik...

Balıq bürcünün kişiləri sirli və həssas qadınları sevirlər. Yataqda çox nəzakətli və etibarlıdırlar. Ancaq eyni fədakarlığı sizdən də gözləyirlər. Onu sevgi ilə qucaqlamaq və yataqda bir az dəcəllik etmək xoşlarına gəlir. Bu bürc altında doğulanlar üçün onlara inam müdhiş təhrik faktorudur. Balıq bürcünün kişiləri xəyallarını gerçəkləşdirməyə cəsarət edə bilmirlər. Buna görə də onları cəsarətləndirən xanımları sevirlər. Daim onun yanında olduğunuzu və arzularınızı birlikdə reallaşdıracağınızı deyin. https://www.peyk.az/

Total Views: 358Word Count: 774See All articles From Author

Add Comment

Entertainment Articles

1. Real Money Games In India: Turn Your Movie Knowledge Into Cash With Fanizm
Author: Arav

2. Top 5 Best Strategy Board Games In India
Author: Shiva Rastogi

3. 30 Action Words For Kids To Improve Vocabulary And Communication Skills
Author: Shiva Rastogi

4. The Timeless Charm Of Wooden Puzzle Games: Fun And Learning Combined
Author: Shiva Rastogi

5. Play Geometry Dash Lite Online And Feel The Excitation: A Quick-rising, Compulsive Platformer
Author: Albert Wood

6. Props And Costumes From Major Motion Pictures Will Be Auctioned Online December 14 By Premiere Props
Author: Dan Levin

7. Dhadak 2: Dharma Productions' Latest Big-budget Venture Unveils Gripping Trailer
Author: Arav

8. Optoma The Best 4k Projector In India For Stunning Visual Experiences
Author: Optoma India

9. Dulquer Salmaan & Kuku Fm Team Up To Redefine The ‘art Of Storytelling’ In A New Campaign
Author: Lochan

10. Be The Next Mrs India 2025: Calling For Entries For Married Women Across Globe
Author: MrsIndiaInternationalQueen

11. The Secret To A Memorable Event: Live Bands In Singapore
Author: TK JIANG

12. Jennifer Lawrence Height: A Towering Icon In Hollywood
Author: ChicPeekFashion

13. Behind The Scenes: The Real Tea On Pushpa 2's Release Date Shuffle!
Author: Arav

14. Best Premium Iptv Service Provider In The Usa
Author: Ramanpreetsingh

15. Betkaro247 Offers Online Cricket Id
Author: betkaro247

Login To Account
Login Email:
Password:
Forgot Password?
New User?
Sign Up Newsletter
Email Address: